Impera

XƏBƏR LENTİ
00:14Azərbaycan Ordusunun aprel qələbəsindən 4 il ötür22:45Fransada koronavirus qurbanlarının sayı 4 min nəfəri ötdü22:00Koronavirusla mübarizəyə cəlb edilən könüllülərə 250 manat mükafat ödəniləcək21:00Türkiyədə koronavirusdan ölənlərin sayı 277-yə çatdı20:45Bu ölkələrdə koronavirusun yayılmadığı iddia olunur - SİYAHI20:11İsmayıllıda daxili imkanlar hesabına tibbi maska və spirt istehsalına başlanılıb, əhaliyə pulsuz paylanılır.19:49Ağdaşda karantin rejimini pozan 2 şəxs həbs edilib, 11 obyekt sahibi cərimələnib19:26Dövlət dili normalarının pozulmasına görə fiziki və hüquqi, eləcə də vəzifəli şəxslər cərimə ediləcək19:04Sahibkarlar dövlət başçısının qayğısını və dəsətəyini hər zaman hiss edir və edəcəklər18:41Karantin rejimi pozub gecə saatlarına qədər işləyən kafe aşkar edildi-VIDEO18:30ARDNF-ə “Şahdəniz”dən 100 mln. ABŞ dollarınadək vəsait daxil olub18:20Milli Məclisin daha bir komitəsinin onlayn iclası keçirildi18:08Mehriban Əliyeva "Instagram"da maraqlı paylaşım edib - VİDEO18:00Yasamalda karantin rejimi qaydalarına əməl etməyən internet klubunun sahibi cərimələnib-VIDEO17:55Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi17:43İsmayıllıda güzəştli qaydada dərman vasitələri ilə təmin olunan vətəndaşların dərmanları evlərinə çatdırılır17:35Sərhədyanı və dağlıq ərazilərdə yaşayan gənclərə güzəştli kreditlər ayrılacaq17:30Abşeron və Sumqayıtda polis postları quruldu17:20Bu il Neft Fonduna AÇG layihəsindən 1,67 mlrd. ABŞ dolları daxil olub17:10İctimai iaşə sektoru mənfəət vergisindən azad edildi17:00Dövlətin Birinci xanımı təhlükənin bir addımlıqda olmasını xəbərdar edir16:43Qaçqınların, miqrantların və vətəndaşlığı olmayan şəxslərin hüquq və sağlamlığı qorunmalıdır16:35Şamil Ayrım “Dostluq” ordeni ilə təltif edildi16:16“Virtual qəbul otağı”nda növbəti canlı yayım olub16:11Bakıda karantin rejimini pozan kafenin sahibi həbs edildi, müştəriləri cərimələndi15:45Karantin qaydalarına nəzarətə FHN və DSX hərbçiləri də qoşuldu15:44Neft Fondu keçən ay valyuta satışını 3 dəfədən çox artırıb15:29Millət vəkili Könül Nurullayevadan nəcib təşəbbüs-FOTOLAR15:25Ermənilər Qazaxda mülki vətəndaşları atəşə tutub15:16Ermənistanın keçirdiyi qondarma seçkilər birmənalı şəkildə heç bir dövlət tərəfindən tanınmır14:51Azərbaycanda karantində 4 518 nəfər var14:44Azərbaycanda 249 min fərdi sahibkara dövlət dəstək verəcək14:38Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsiat köçürən şirkətlər daha az vergi ödəyəcək14:25Azərbaycanda koronavirusa yoluxanların sayı 359 nəfərə çatıb14:15Azərbaycanda daha 61 nəfərdə koronavirus aşkarlanıb14:10Heydər Əliyev Fondu sosial xidmət müəssisəsini tibbi ləvazimatlarla təmin edib14:05İranda koronavirusdan ölənlərin sayı 3 036-ya çatdı14:00Bakıda karantin rejimini pozan gözəllik salonu və lombard aşkarlandı - VİDEO13:55Dərslər sentyabrın 15-dək təxirə salınıb?13:42Azərbaycanda 100 mindən çox ticarət işçisinin maaşını dövlət ödəyəcək13:39Azərbaycanda ƏDV müvəqqəti ləğv edilir13:23Amerikada 6,5 bal gücündə zəlzələ baş verdi13:19Azərbaycanda elektrik enerjisindən güzəştli istifadə limiti 100 KVt/saat artırılır13:17YAP Siyasi Şurasının üzvü: "Koronavirus fəlakətindən xilas olmağın bir yolu var"12:47Sabah intensiv yağış yağacaq12:30Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin onlayn iclası keçirilib12:18Mehriban Əliyeva: "Yaranmış fövqəladə vəziyyət ümummilli səfərbərlik tələb edir"12:00Göygöldə subartezian quyularının qazılmasına 700 min manat ayrıldı11:51Tərtər rayonunda 10 cəbhəyanı kəndi birləşdirən yol yenidən qurulur11:45Jurnalist həmkarımız Milli Məclisin Sədrinə yeni köməkçi təyin edilib11:38Neftçala rayon icra başçısı vətəndaşlara evdən çıxmamağı tövsiyə edib11:12İstehsalat bazasındakı bütün avtobuslar xəttə çıxarılıb10:50AmCham koronavirusla mübarizəyə dəstək verir10:40Normadan artıq şəkər istehlakı immun sisteminə mənfi təsir edir10:13Rusiya Azərbaycanlıları İttifaqında koronavirusla bağlı operativ qərargah yaradıldı10:00Karantində olan voleybolçularımız özlərini yaxşı hiss edirlər09:43Atəşkəs rejimi 24 dəfə pozulub09:15Dövlət Komitəsinin virtual qəbul otağı fəaliyyətini davam etdirir08:50Amerikada bir gündə koronavirusdan 865 nəfər öldü08:35Əlahiddə Ümumqoşun Orduda kəşfiyyatçılar arasında yarış keçirilib - VİDEO08:18Ağ Ev: ABŞ-da pandemiya səbəbindən 200 minədək insan ölə bilər08:00Xüsusi karantin rejimi ilə bağlı ərzaq məhsullarının satışı məntəqələrində monitorinqlər aparılır00:00ÜST: Koronavirusa yoluxanların sayı 823 min nəfəri ötdü21:09Türkiyədə koronavirusdan ölənlərin sayı 214 nəfərə çatdı20:45Dünyada koronavirusdan ölənlərin sayı 40 min nəfəri keçdi19:30Bakıda bütün ekspres xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilir19:00Abşeron dairəvi dəmir yolunda sərnişin qatarlarının hərəkət cədvəli dəyişdirilib18:53BNA sürücü axtarır18:45Azərbaycan xalqı və dövləti bütün dünyanı erməni faşizminin iç üzünü görmək üçün bu tarixi hadisələrdən ibrət götürməyə çağırır18:30Azərbaycanla Rusiya arasında sərnişin hava uçuşları və dəmir-yol sərnişin daşıması dayandırıldı18:18Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ18:00Koronavirusla mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirən “virtual hackathon”a qeydiyyat başladı17:53Ukrayna mətbuatı Azərbaycanda koronavirus əleyhinə həyata keçirilən tədbirlərdən yazdı17:40Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib17:30Əhaliyə koronavirusla bağlı maarifləndici vərəqələr paylanıb17:11Prezident: "Yaxın günlərdə çox geniş iqtisadi paketin icrası nəzərdə tutulur"17:05Prezident: "Kimsə hansısa tanışlara, qohumlara, vəzifədə olan dostlara arxalanırsa səhv yoldadır"17:001918-ci il mart soyqırımı İsmayıllı ərazisində amansızlıqla həyata keçirilib16:54Metro da bu gündən bağlanır16:50Prezident İlham Əliyev: "Əsas məqsəd pandemiyanın miqyasını nəzarətdə saxlamaqdır"16:40Azərbaycanda 298 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb16:35Azərbaycanda həqiqi hərbi xidmətə çağırışın müddəti uzadıldı16:30BMU-da tədrisin onlayn təşkilinin ilkin nəticələri müzakirə olunub16:20Prezident: "Yoluxma sayında dinamikanın səbəbi bəzi vətəndaşların məsuliyyətsizliyidir"16:10Ölkədə 24 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 1 nəfər ölüb16:00Azərbaycanda koronavirusa yoluxma dinamikası gündəlik artmaqdadır - RƏSMİ15:49Prezident İlham Əliyev İqtisadiyyat nazirini qəbul edib15:35Operativ Qərargah vətəndaşlara müraciət etdi15:29Dünyada koronavirusa yoluxanların sayı 800 mini keçdi15:11Amerikalı həkimlər koronavirusa görə diz çöküb ağladılar - VİDEO15:02Cərrahiyyə əməliyyatı keçirən şəxslər koronavirusdan necə qorunmalıdırlar?14:46Azərbaycanda neft istehsalı 2020-ci ilin planına uyğun davam edəcək14:26Azərbaycanda ərazilərin dezinfeksiya edilməsində drondan istifadə olunacaq14:10DİN vətəndaşlara xəbərdarlıq etdi14:00Sabah hava necə olacaq?13:50İranda koronavirusdan ölənlərin sayı 2 898-ə çatdı13:45Baş Təhsil İdarəsi fəaliyyətini məsafədən təşkil edib13:37Xırdalanda daha bir küçənin təmiri yekunlaşır13:22Xaçmazdan olan dərzi yerli sakinlər üçün təmənnasız tibbi maskaları tikmək kimi təşəbbüslə çıxış edib13:10Rusiyada koronavirusa yoluxanların sayı 2 000 nəfəri ötdü
BÜTÜN XƏBƏRLƏR
Nisan 2020 (63)
Mart 2020 (1234)
Şubat 2020 (624)
Ocak 2020 (9)
Aralık 2019 (384)
Kasım 2019 (731)

«    Şubat 2020    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829 

Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

20 Fevral 2020, 20:00   


Newscenter.az.20.02.2020. Fevralın 20-də geniş tərkibdə görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının Prezidenti Sercio Mattarella mətbuata bəyanatlarla çıxış ediblər.

"Report"un xəbərinə görə, əvvəlcə İtaliya Prezidenti bəyanatla çıxış edib:

- Prezident İlham Əliyevi Kuirinaledə qarşılamaq mənim üçün çox böyük məmnunluqdur və böyük şərəfdir. Bu, onun İtaliyaya ilk dövlət səfəridir. Çox məmnunam ki, mənim Bakıya təqribən iki il bundan əvvəlki səfərimdən sonra cənab Prezidentin buraya səfəri baş tutur. İki il bundan əvvəlki səfərdən mənim çox gözəl xatirələrim var. Bu gün cənab Prezidentin Romaya səfəri bir daha İtaliya ilə Azərbaycan arasındakı əlaqələrin nə qədər güclü olduğunu göstərir.

Biz artıq apardığımız danışıqlar nəticəsində bir neçə məsələni qeyd etdik. Burada İtaliya ilə Azərbaycan arasında olan əlaqələri xüsusilə vurğuladıq. Yalnız enerji sahəsində deyil, həmçinin digər sahələrdə, həm siyasi, həm mədəni sahələrdə olan əlaqələri vurğuladıq. Burada müxtəlif sahələrdə tərəfdaşlığın gücləndirilməsi ilə bağlı Birgə Bəyannamə qeyd olundu. Cənab Konte və cənab Prezident tərəfindən imzalanan bu bəyannamə əlaqələrimizin demək olar ki, bütün sahələrdə inkişafına təkan verəcək.

İtaliya ilə Azərbaycan bir-biri ilə dost ölkələrdir və regionda əsas tərəfdaşlardır. Azərbaycan dialoqa çox açıq və bütün dünya tərəfindən görünən müasir bir ölkədir. Burada mən, həmçinin Qoşulmama Hərəkatına Azərbaycanın üçillik sədrliyini qeyd etmək istəyirəm. Azərbaycan bu öhdəliyi öz üzərinə götürmüşdür və bu, onun beynəlxalq sahədəki işini daha da gücləndirəcək. Mən bu işdə cənab Prezidentə uğurlar arzulayıram.

Biz iqtisadi-ticari sahədə çox intensiv əlaqələrə malikik, çox böyük inkişafla irəli gedirik. İtaliya müəssisələri Azərbaycana cəlb olunur, bir çoxları işləyir və bundan sonra digərləri də bu sahəyə cəlb olunacaqlar.

Bundan başqa, cənab Prezident və bütün hökumət ölkənin iqtisadi-siyasi həyatının şaxələndirilməsi ilə bağlı bir çox planlar reallaşdırır. Biz bu işə dəstək olmaq üçün hər zaman hazırıq. Bugünkü görüşlər zamanı bir neçə sahə üzrə imzalanmış sazişlər mübadilə olunacaq. Bu, bizim iqtisadi, siyasi sahələrdə inkişaf edən əməkdaşlığımızın bariz göstəricisidir. Bundan əlavə, Cənub Qaz Dəhlizi layihəsini qeyd etmək istərdim. Artıq TAP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir. Bu, İtaliya ilə Azərbaycan arasında əlaqələrin daha da inkişafına, həmçinin Xəzər dənizi və Aralıq dənizi regionlarında sabitliyin qorunmasına yardımçı olacaq.

Mən Azərbaycanın beynəlxalq məsələlərə müsbət baxışını qeyd etmək istərdim. Azərbaycan enerji sahəsində hər zaman hamı ilə əməkdaşlıq etməyə açıq bir ölkədir. Mən bir daha qeyd etməliyəm ki, Azərbaycan beynəlxalq məsələlərdə bütün ölkələrlə dialoqa hazırdır. Bundan başqa, bir qədər öncə biz cənab Prezidentlə qeyd etdik ki, ölkələrimiz arasında mədəni sahədə də inkişaf gedir. Bugünkü görüşlər zamanı bu sahədə də bir çox sazişlərin imzalanması gözlənilir və bütün bu sazişlər çox mühümdür. Lakin mən onların içərisində ən mühümlərindən birini xüsusi qeyd etmək istərdim. Azərbaycanın Azərkosmos şirkəti ilə İtaliyanın tərəfdaş şirkəti arasında gələcək əməkdaşlıq və yüksək texnologiyanın tətbiqi ilə bağlı saziş mübadilə olunacaq.

Mən artıq cənab Prezidentə bu barədə bildirdim ki, 2020-ci il İtaliyada “Azərbaycan ili” elan olunub. Bu, bizim əlaqələrimizi, dostluğumuzu, əməkdaşlığımızı artırmağa kömək edəcək və iki ölkə arasında münasibətləri daha da intensivləşdirəcək. Bundan başqa, biz, həmçinin Dağlıq Qarabağla bağlı müəyyən bir sabit nəticənin əldə olunması haqqında danışdıq. Biz bu məsələyə İtaliya tərəfindən hər zaman dəstək olduğumuzu bildiririk. Biz ümid edirik ki, bu məsələ üzrə siyasi danışıqlar sayəsində qısa bir zamanda müəyyən nəticələr əldə olunacaq.

İtaliya Azərbaycanla Avropa İttifaqı arasında da əlaqələrə hər zaman dəstək olmağa hazırdır. Biz Avropa İttifaqı və Azərbaycan arasındakı əlaqələrə stimul olmaq üçün bu sahədə də çox geniş formada əməkdaşlıq etməyə hazırıq. İtaliya Azərbaycanı, həmçinin Avro-Atlantik Tərəfdaşlıq üzrə də ən əsas tərəfdaş kimi görür. Əfqanıstanda terrorizmə qarşı mübarizədə və gördüyünüz kimi, hər bir sahədə bizim ölkələrimiz arasında əməkdaşlıq çox yüksək səviyyədədir. Azərbaycan hər zaman bu əməkdaşlıqda İtaliyanın dostluğuna və dəstəyinə əmin ola bilər. Bir daha xoş gəlmisiniz.

Sonra Azərbaycan Prezidenti bəyanatla çıxış edib:

- Təşəkkür edirəm, hörmətli cənab Prezident.

Hörmətli xanımlar və cənablar.

İlk növbədə, cənab Prezident, məni İtaliyaya dövlət səfərinə dəvət etdiyinizə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Yenidən gözəl ölkənizdə olmağımdan çox məmnunam. Bu gün həm təkbətək görüş zamanı, həm də nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlarda bir daha əmin oldum ki, İtaliya və Azərbaycan bir-birinə çox yaxın olan dost ölkələrdir.

Cənab Prezident, Sizin Azərbaycana rəsmi səfərinizi məmnuniyyətlə xatırlayıram. Həmin səfər ölkələrimizin gələcək əməkdaşlığına çox güclü təkan vermişdir və səfər zamanı əldə edilmiş bütün razılaşmalar bu gün həyatda öz əksini tapır.

Bu gün çoxsaylı ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulur. Onların hər biri çox önəmlidir, bir çox sahələri əhatə edir. Ancaq mən xüsusilə strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannaməni qeyd etmək istərdim. Çünki bu bəyannamədə, əslində, bizim strateji tərəfdaşlığımızın gələcək istiqamətləri müəyyən edilir. Bu, çox dərin və müfəssəl sənəddir və həm siyasi, həm iqtisadi, mədəni, humanitar, bütün sahələri əhatə edən bir sənəddir. Eyni zamanda İtaliya və Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək göstərməsi haqqında da müddəa var. Bu da yaxın, dost ölkələr, müttəfiqlər arasında olan bir məsələdir.

İqtisadi sahədə əməkdaşlığımızın gələcək inkişafı çox müsbət olacaqdır. Əminəm ki, bundan sonra biz İtaliya şirkətlərinin qeyri-neft sektorunda əməkdaşlıq etmələrini görəcəyik. Bu günə qədər də bir çox İtaliya şirkətləri Azərbaycanda müxtəlif layihələrdə iştirak etmişlər. Ticarət dövriyyəsinə gəldikdə, İtaliya bizim üçün dünya miqyasında bir nömrəli tərəfdaşdır. Keçən il ticarət dövriyyəmiz 6 milyard dollara çatmışdır. Düzdür, bunun böyük hissəsi neft sektoruna aiddir. Ona görə biz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı fikir mübadiləsi apardıq.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı cənab Prezident dediyi kimi, biz məsələni müzakirə etdik. Bu məsələnin həlli yolları imzalanmış Birgə Bəyannamədə də göstərilir. Orada göstərilir ki, İtaliya və Azərbaycan bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına hörmətlə yanaşır və bunu dəstəkləyir. Eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin məhz bu prinsiplər əsasında, Helsinki Yekun Aktı, BMT və ATƏT tərəfindən qəbul edilmiş qətnamə və qərarların əsasında həll olunması göstərilir. Hesab edirəm ki, bu, çox ədalətli və beynəlxalq hüquqa əsaslanmış mövqedir və bu mövqeyə görə biz İtaliya tərəfinə minnətdarıq.

O ki qaldı, məsələnin konkret həlli ilə bağlı addımlara, Ermənistan tərəfindən çox məyusedici və bir-birini inkar edən və ziddiyyətli bəyanatlar səslənir. Ermənistan rəhbəri bir dəfə demişdi ki, Dağlıq Qarabağ Ermənistandır. Ondan sonra demişdir ki, Dağlıq Qarabağ müstəqil dövlətdir. Hər ikisi həqiqəti əks etdirmir. Dağlıq Qarabağ Azərbaycandır. Bunu tarix, beynəlxalq hüququn norma və prinsipləri göstərir. Azərbaycanın ərazi bütövlüyü, o cümlədən Dağlıq Qarabağ daxil olmaq şərtilə bütün dünya tərəfindən tanınır və qəbul edilir. Ona görə münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

Biz bu gün, cənab Prezidentin dediyi kimi, mədəniyyət sahəsində əməkdaşlığa da toxunduq. Biz bu sahədə əməkdaşlığı dərinləşdirmək istəyirik. Azərbaycanın İtaliyada Mədəniyyət Mərkəzinin açılışı nəzərdə tutulur. Bir neçə il bundan əvvəl dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi Villa Borgeze parkında ucaldılıb.

Bizim təhsil sahəsində çox yaxşı əməkdaşlığımız var və bu sahədə də sənədlərin imzalanması nəzərdə tutulur. Hazırda Azərbaycanın 1500-dən çox tələbəsi İtaliyanın ali məktəblərində təhsil alır.

O ki qaldı, energetika məsələlərinə, Azərbaycan İtaliya üçün bir nömrəli xam neft təchizatçısıdır. İtaliyanın xam neft istehlakının 17 faizi Azərbaycanın payına düşür. On beş ilə yaxındır ki, Azərbaycan İtaliyaya xam neft ixrac edir və bu müddət ərzində heç bir problem, heç bir fors-major hadisəsi olmamışdır. Yəni, Azərbaycan etibarlı tərəfdaş kimi özünü təsdiqləyib.

O ki qaldı, təbii qazın ixracına, bu layihə də yekunlaşmaq üzrədir. TAP layihəsinin icrası 92 faizə çatıbdır və TAP layihəsi Cənub Qaz Dəhlizinin dördüncü və sonuncu layihəsidir. Bundan əvvəl üç layihə icra edilmişdir. Cənub Qaz Dəhlizinin bir tərəfində Azərbaycan və o biri tərəfində İtaliya dayanır. Bizim aramızdakı daha beş ölkə, bütövlükdə yeddi ölkə arasında əməkdaşlıq yaranır. Bu əməkdaşlıq enerji və bütün başqa sahələrə də müsbət təsir göstərəcək. Çünki bu ölkələr artıq bir-biri ilə sıx bağlı olan ölkələr olurlar. Bundan sonra bu ölkələr arasındakı siyasi, iqtisadi, mədəni əlaqələrin inkişafı da təbii ki, daha sürətlə gedəcək.

Cənub Qaz Dəhlizi tarixi layihədir və mən xüsusilə Prezident Mattarellaya onun göstərdiyi səylərinə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Çünki 2018-ci ilin iyul ayında Azərbaycanda rəsmi səfərdə olarkən Prezidentlə bizim bu barədə söhbətimiz olub. Bu söhbətdən sonra TAP-ın icra edilməsi daha sürətlə getmişdir və hazırda biz layihənin son mərhələsindəyik.

Biz eyni zamanda Avropa İttifaqı-Azərbaycan əlaqələri haqqında fikir mübadiləsi apardıq. Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzərində iş gedir. Hesab edirəm ki, bu gün imzalanacaq çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə bu saziş üçün də gözəl əsas təşkil edə bilər.

NATO-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Biz qoşunlarımızı Əfqanıstana uzun illər bundan əvvəl göndərmişik. Sülhməramlı əməliyyatlarda Azərbaycan fəal iştirak edir və NATO qoşunları üçün çox önəmli logistik və nəqliyyat xidmətləri göstəririk. Nəzərə alsaq ki, Azərbaycanın coğrafi yerləşməsi və nəqliyyat infrastrukturu çox əlverişlidir, biz bu sahədə də uğurlu əməkdaşlıq edirik.

Yəni, səslənən bu məsələlər və fikirlər artıq aydın göstərir ki, iki ölkə arasındakı strateji tərəfdaşlıq və dostluq əlaqələri vardır və bu əlaqələr bundan sonra da uğurla inkişaf etdiriləcəkdir. Sağ olun.
OXŞAR MÖVZULAR