BNA “BakıKart” ödəmə terminallarının fəaliyyətində fasilə yaranmasının səbəbini aaçıqladı
Tarix: 20-02-2020, 14:00
Newscenter.az.20.02.2020. Bu gün səhər Bakı Metropolitenin “Neftçilər” və “Qara Qarayev” staniyalarında yerləşən “BakıKart” ödəmə terminallarının fəaliyyətində fasilə yaranıb.
Newscenter.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, buna səbəb, terminalların elektirik enerjisinin verilişində müəyyən problemlərin yaranması olub. Problemin “BakıKart” terminallarından qaynaqlanması barədə yayılan məlumat isə həqiqəti əks etdirmir.