Beynəlxalq Miqrasiya Təşkilatı Zaqatalada əmək yarmarkası təşkil edib
Tarix: 21-02-2020, 16:32
Newscenter.az.21.02.2020. Fevralın 21-də Beynəlxalq Miqrasita Təşkilatının Azərbaycandakı Nümayəndəliyi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dayanıqlıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində Zaqatalada əmək yarmarkası (karyera günləri) təşkil edib.
Newscenter.az-a təşkilatın Bakı ofisindən bildirilib ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə yaxın əməkdaşlıq şəraitində Heydər Əliyev Mərkəzlərində təşkil olunan və 30-dan artıq şirkətin təmsil olunduğu yarmarka Zaqatalada böyük maraq doğurub.