Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda fəhlə faciəli şəkildə öldü



Newscenter.az.25.02.2020. Bakıda fəhlə yük avtomobilinin altına qalaraq vəfat edib.

“Report”un xəbərinə görə, hadisə fevralın 22-də, paytaxtın Binəqədi rayon ərazisində qeydə alınıb.

Belə ki, qara metal qırıntıları qəbulu məntəqəsində fəhlə işləyən 1977-ci il təvəllüdlü Zaur Səlimov avtomobillərə yük yükləyən zaman 1973-cü il təvəllüdlü Eldar Nəcəfovun idarə etdiyi “KamAZ-55111” markalı yük maşınının altında qalaraq ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Xəbəri paylaş