Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nazir Pərviz Şahbazov Salyanda vətəndaşları qəbul edib



Newscenter.az.2.03.2020. Energetika naziri Pərviz Şahbazov martın 2-də Salyan rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Nazirlikdən Newscenter.az-a bildirilib ki, qəbuldan əvvəl nazir Salyan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyaraq xatirəsinə dərin ehtiramını bildirib.

Qəbul zamanı vətəndaşlar elektrik enerjisi təchizatı, elektrik enerjisindən istifadəyə görə yaranmış borcun ödənilməsi, elektrik qurğu və avadanlıqların istismara yararsız olması, işlə təminat və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.

Energetika Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciəti dinlənilib və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Vətəndaş qəbulu zamanı Sabirabad rayonu və Gəncə şəhərindən qəbula gələn vətəndaşların da müraciətləri dinlənilib və onların həlli üçün lazımi göstərişlər verilib.

Qəbulda 8 vətəndaşın müraciətinə baxılıb.

Zaur
Xəbəri paylaş