Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BŞİH qadınların yürüşünə icazə verdi



Newscenter.az.5.03.2020
. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Gülnarə Mehdiyeva, Rəbiyyə Məmmədova və digər qadınların martın 8-də yürüş keçirilməsi ilə bağlı müraciətlərinə cavab verib.

icra hakimiyyətində qadınların müraciətinə baxılıb.

BŞİH təklif edilən yerin əhalinin daha sıx hərəkət etdiyi ərazi olduğundan, həmçinin burada çoxlu ictimai iaşə, ticarət, xidmət və əyləncə obyektləri yerləşdiyindən ictimai təhlükəsizlik baxımından kütləvi tədbirin keçirilməsi üçün məqsədəmüvafiq olmadığını bildirib.

Yürüşün keçirilməsi üçün alternativ yer olaraq martın 8-i saat 15:00-dan 16:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi ilə Həzi Aslanov küçəsinin kəsişməsindən, Həzi Aslanov küçəsi ilə “Neftçi İdman Klubu” İctimai Birliyinin Qaradağ təlim-idman bazasının yanından hərəkət etməklə 20 Yanvar boyunca 5-ci yaşayış massivi istiqamətində olan marşrut təklif olunub.
Xəbəri paylaş