Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könüllülüyün təbliği ilə bağlı qrant müsabiqəsi elan edildi



Newscenter.az.5.03.2020.
Təhsil Nazirliyi “Tələbələr arasında könüllülüyün təbliği və tələbə-könüllülər hərəkatının inkişafı” mövzusunda qrant müsabiqəsi elan edir.

Newscenter.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müsabiqə tələbələr arasında könüllülüyün təbliği, tələbə-könüllülərin dünyagörüşünün genişləndirilməsi, maraq dairələri üzrə klubların yaradılması, müvafiq təlim kurslarının və digər işlərin təşkili məqsədi ilə həyata keçirilir. Müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxslər iştirak edə bilərlər.

Layihələrin qəbuluna 5 mart 2020-ci il tarixdən başlanılır. Təkliflər 17 mart 2020-ci ilədək təqdim olunmalıdır.

Qrant müsabiqəsi barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.
Xəbəri paylaş