Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nazirin qəbul vaxtı dəyişdi



Newscenter.az.5.03.2020. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyinin Biləsuvar və Salyanda keçirilməsi nəzərdə tutulan vətəndaşlarla görüşlərinin vaxtı dəyişdirilib.

Newsceenter.az-a nazirlikdən bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyinin Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda 2020-ci ilin mart ayında vətəndaşları qəbul cədvəlinə uyğun olaraq martın 6-da Biləsuvar və Salyanda keçirilməsi nəzərdə tutulan görüşlərinin vaxtı dəyişdirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə 31 mart 2020-ci il tarixində Biləsuvar şəhərində Biləsuvar və Neftçala sakinlərini, nazirin birinci müavini Əli Abdullayev isə həmin tarixdə Salyanda rayon sakinlərini qəbul edəcək.
Vətəndaşlar “[email protected]” elektron poçt ünvanı, 1655 nömrəli Çağrı Mərkəzi, 012 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Zaur
Xəbəri paylaş