Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda uşaqların Novruz şənliyi ləğv olundu



Newscenter.az.7.03.2020. Koronavirus təhlükəsi Azərbaycanda daha bir kütləvi tədbirin ləğv edilməsinə səbəb olub.

“Report” xəbər verir ki, bu il Bakının teatr və digər mədəniyyət ocaqlarında uşaqlar üçün Novruz şənlikləri keçirilməyəcək.

Belə ki, hər il dövlət qurumlarında, idarə və təşkilatlarda çalışan şəxslərin övladları üçün bayram şənliyi biletləri verilirdi. Bu il isə həmin biletlər hədiyyələrlə əvəzlənib. Orada çalışan işçilərə uşaqlarına aparmaları üçün hədiyyələr təqdim olunur.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən teatr və konsert müəssisələri koronavirus epidemiyası təhlükəsinə görə fəaliyyətini dayandırıb. Bununla bağlı Mədəniyyət naziri Əbülfəs Qarayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, martın 7-dən etibarən mədəniyyət müəssisələrində konsert və tamaşalar təxirə salınıb.

Teatr və konsert müəssisələri fəaliyyətini martın 27-dən sonra davam etdirəcək.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 97 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 102 262-yə çatıb. Bunların 57 675 nəfəri sağalıb, 3 497 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Azərbaycanda 9 nəfərdə koronavirus aşkarlanıb.
Xəbəri paylaş