Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlahiyyatçıdan koronavirusla bağlı vacib tövsiyələr-NƏLƏRƏ DİQQƏT EDİLMƏLİDİR?



Newscenter.az.7.03.2020. Dünyanı ciddi təşvişə salan və Azərbaycandan da yan keçməyən koronavirus və ondan qorunmağın yolları ilə bağlı ilahiyyatçı Hacı Ceyhun Şükürov bir sıra tövsiyələr edib.

Newscenter.az-ın xəbərinə görə, Hacı Ceyhun Şükürov bildirib ki, hər nə qədər ciddi şəkildə rəsmi qaydada bu virusla bağlı məlumat gizlədilsə də, yoluxma faktı qeyd olunandan çoxdur. İlahiyyatçının sözlərinə görə, insanları lazımi formada maarifləndirmək lazımdır:

"İnsanların toplaşdığı ictimai yerlərdən kifayət qədər uzaq durmaq lazımdır. Şəxsi gigenik qaydalara maksimum dərəcədə ciddi nəzarət edilməlidir. Kimliyindən asılı olmayaraq, ara məsafəsini qoruyun, ya da qoruyucu maskalardan istifadə edin"

Hacı Ceyhun Şükürov onu da tövsiyə edib ki, mümkün qədər insanların çox olduqları dükan, bazar və.s yerlərə az gedilsin:

"Zərurət olmadan ictimai nəqliyyatdan istifadə etməyin. İstifadə edirsinizsə maska mütləq taxılmalıdır. Özünüzü qoruyun və Allaha səmimi qəlbdən təvəkkül edin. Allah hər kəsin yardımcısı olsun. Allah bizləri hər cür bəlalardan qorusun".

Mehman
Xəbəri paylaş