Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Birinci sinfə qəbula start verilir



Newscenter.az.10.03.2020
. 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.

Newscenter.az-a Təhsil Nazirliyindən verilən xəbərə görə, martın 10-u saat 11:00-dən etibarən məktəbəhazırlıq qruplarına cəlb olunmamış uşaqların valideynləri sistemdə ilk dəfə elektron qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalıdır.

Martın 13-ü saat 11:00-dən etibarən isə valideynlər məktəb seçimini həyata keçirə bilərlər.

R.Mehdiyeva
Xəbəri paylaş