Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Koronavirusdan qorunmağın yolları” mövzusunda maarifləndirici təlim keçirilib



Newscenter.az.10.03.2020. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin təşkilatçılığı ilə “Koronavirusdan qorunmağın yolları” mövzusunda maarifləndirici təlim keçirilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Newscenter.az-a bildirilib ki, təlimdə Dövlət Agentliyinin və tabeliyində olan struktur bölmələrin əməkdaşları iştirak ediblər.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Tibbi xidmətlərin monitorinqi şöbəsinin müdiri Qasım Əmrahlı iştirakçılara Azərbaycanda və bütün dünyada aparılan profilaktik tədbirlərə və Ümumdünya Səhiyyə Təşkilatının yaydığı tövsiyələrə uyğun olaraq COVID-19 haqqında məlumat verib.

Həmçinin, xəstəliyin qarşısını ala bilən qabaqlayıcı vasitələrdən istifadə qaydaları və digər məsələlər haqqında danışılıb.
Sonda, “Koronavirusdan qorunmağın yolları” haqqında məlumat kitabçaları paylanılıb.

Ayan
Xəbəri paylaş