Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabiq nazirdən çağırış: "Ajiotaj yaratmaq lazım deyil"



Newscenter.az.10.03.2020. Koronavirusun yaratdığı gərginlik dünya iqtisadiyyatının silkələnməsinə, maliyyə bazarlarının çöküşünə səbəb olsa da yaranmış vəziyyətin etiraf edilməyən köklərinin mövcudluğu heç kimdə şübhə doğurmur. Son illər dünya iqtisadiyyatına təsir edən amillər daha çox siyasi xarakter almağa başlayıb. Artıq bunun bir həqiqət olduğu heç kimdə şübhə doğurmur. Nəhəng güclər arasında aparılan ticarət müharibələri, neftin qiymətləri ətrafında gedən oyunlar bu sıradan olan hadisələrə aiddir.

Ortaya çıxmış bir virusun ətrafında nə baş verir? Bu qədər gərginliyi yaratmaqla dünya iqtisadiyyatının inkişafına, beynəlxalq maliyyə bazarlarının əsaslı şəkildə silkələnməsinə və nəticə etibarilə trliyonlarla dollar itkilərə aparan bu gedişlər kimə lazımdır? Koronavirus artıq bir neçə aydır ki, bütün dünyanın gündəmini zəbt edib və hələlik onu ram edə biləcək peyvənd tapılmır. Onun qrip sinfindən olan bir virus olduğu və adi qripdən fərqli olaraq insanın ağ ciyərlərini daha tez sıradan çıxarda bildiyi bəllidir. Lakin bu virusa tutulan insanların sağalması tam mümkündür. Artıq koronavirusa tutulmuş minlərlə insan sağala bilib. Ümümdünya Səhiyyə Təşkilatının məlumatına görə hər il dünyada 650 min insan adi qripdən dünyasını dəyişir. Son bir neçə ayda koronavirusa yoluxanların və ondan ölənlərin sayı isə bu göstərici ilə müqaisəedilməyəcək dərəcədə kiçikdir. Belə olan halda yeni virusun ətrafında bu qədər ajiotajın yaradılması nə qədər doğrudur? Suallar çox olsa da fakt faktlığında qalır. Koronavirus hələlik öz işini görür. Hesab edirənm ki, dünya birliyi səyləri bir araya gətirib tezliklə bu virusun ram edilməsi yollarını arayıb tapacaq. Bu vəziyyəti bütün hallarda müvəqqəti bir hal kimi dəyərləndirmək ən düzgün seçim olardı.

Son bir neçə gün ərzində Azərbaycan mətbuatında, sosial şəbəkələrdə koronovirusun yaratdığı problemlər barəsində çoxsaylı məlumatlar yaılır. Bu məlumatların əsassız olanları daha çoxdur. Dünya bazarlarında neftin qiymətlərinin kəskin azalması və bunun hansı fəsadlar yarada biləcəyi ilə bağlı müxtəlif nəlumatlar paylaşılır. Bəli, Azərbaycan dünyanın iqtisadi müstəvisinin bir parçası kimi bu prosseslərdən kənarda deyil. Lakin baş verənləri “iqtisadiyyat çökəcək, manat 2015-ci ildəki kimi kəskin devalvasiyaya məruz qalacaq” kimi təqdim etmək nə qədər doğrudur və bu kimlərə lazımdı? Azərbaycan manatı artıq bir neçə ildir ki, öz sabitliyini qoruyub saxlayır və manatın məzənnəsinin hələ uzun müddət sabit qala bilməsi üçün hökumətin kifayət qədər böyük imkanları var. Bu gün bütün banklarda xarici valyutanın satışı tam sərbəst şəkildə, heç bir məhdudiyyət qoyulmadan, bir dollar üçün 1 manat 70 qəpik kursu ilə həyata keçirilir. Odur ki, ajiotaj yaratmaq lazım deyil. Ölkənin iqtisadi və maliyyə dayanaqlılığı milli valyutanın məzənnəsinin sabitliyi üçün kifayət qədər yetərlidir.

Fikrət Yusifov-sabiq maliyyə nairi
Xəbəri paylaş