Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Agentlik rəhbərliyi vətəndaşları qəbul edəcək



Newscenter.az.11.03.2020. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov mart ayının 17-də Yavlax rayonunda (Yevlax və Ucar sakinləri üçün), İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə Zərdab rayonunda vətəndaşları qəbul edəcəklər.

Newscenter.az-a AAYDA-dan verilən xəbərə görə, Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun qəbulu saat 10:00-da Yevlax şəhərində “Heydər Əliyev Mərkəzi”nin inzibati binasında keçiriləcək. Qəbulda Yevlax və Ucar rayonlarının sakinləri iştirak edə bilərlər.
Agentliyin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə saat 10:00-da Zərdab şəhərində “Heydər Əliyev Mərkəzi”nin inzibati binasında vətəndaşların qəbulunu keçirəcək. Qəbulda yalnız Zərdab rayonunun sakinləri iştirak edə bilərlər.
Hər iki qəbul zamanı vətəndaşların avtomobil yolları ilə bağlı müraciətləri dinləniləcək.

Qəbula yazılmaq istəyənlər müvafiq rayonların Yol İstismarı MMC-lərində əvvəlcədən qeydiyyatdan keçə bilərlər.

Anar
Xəbəri paylaş