Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Azəriqaz" rəhbərliyi vətəndaşları qəıbul edəcək



Newscenter.az.11.03.2020. Mart ayının 13-də “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Salyan rayonunda vətəndaş qəbulu keçirəcək.

Newscenter.az-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olan məlumata görə, baş direktorun müavinləri Ramil İskəndərov və Cahid Hüseynov isə Neftçala və İmişli rayonlarında vətəndaşların müraciətlərini dinləyəcəklər. Qəbulların hər 3 rayon mərkəzində saat 12:00-da təşkili planlaşdırılıb.

Qəbulda iştirak etmək istəyən vətəndaşların nəzərinə: Birliyin baş direktoru Ruslan Əliyev Salyan Regional qaz istismarı İdarəsinin inzibati binasında, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İskəndərov Neftçala və baş direktorun satış və istismar üzrə müavini Cahid Hüseynov isə İmişli rayonları üzrə qaz xidmət sahələrində qəbul keçirəcəklər. Daha ətraflı məlumatları Salyan Regional qaz istismarı İdarəsindən, Neftçala və İmişli rayonlarındakı qaz xidmət sahələrindən əldə etmək mümkündür. Eləcə də, “Azəriqaz” İstehsalat Birliyinin facebook sosial şəbəkəsindəki ünvanına da yazaraq məlumat əldə etmək olar.

Zaur
Xəbəri paylaş