Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Azərsu" rəhbərliyi vətəndaşları qəbul edəcək



Newscenter.az.11.03.2020. Mərkəzi icra hakimiyyəti orqanları, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov 16 mart 2020-ci il tarixində Horadiz şəhərində Füzuli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakinlərini qəbul edəcək.

Newscenter.az-a Səhmdar Cəmiyyətdən bildirilib ki, 17 mart 2020-ci il tarixində “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov Beyləqan şəhərində Beyləqan və Xocavənd, 18 mart 2020-ci il tarixində isə “Azərsu” ASC sədrinin müavini Etibar Məmmədov İmişli rayonunun sakinləri ilə görüşəcək.

Qəbullar Horadiz şəhərindəki Muğam Mərkəzində, Beyləqan Sukanal İdarəsinin inzibati binasında və İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbullarda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.
Vətəndaşlar qəbul üçün Füzuli, Beyləqan, Xocavənd və İmişli rayon Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə və [email protected] elektron poçtu vasitəsilə müraciət edə bilərlər.

Anar
Xəbəri paylaş