Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Energetika Nazirliyində vətəndaş qəbulu keçirilib



Newscenter.az.11.03.2020. Energetika naziri Pərviz Şahbazov nazirlikdə növbəti dəfə vətəndaşları qəbul edib. Qəbul zamanı elektrik enerjisindən istifadəyə görə yaranmış borcun ödənilməsi, sayğaclaşma, işlə təminat və digər məsələlərlə bağlı müraciətlər diqqətə çatdırılıb.

Newscenter.az-a nazirlikdən bildirilib ki, qəbulda səsləndirilən müraciətlər dinlənilib və qaldırılan məsələlərin öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün nazirliyin aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə vətəndaşların qəbulu qrafikinə uyğun olaraq, nazirlikdə və regionlarda vətəndaş qəbulu davam edir.

Zaur
Xəbəri paylaş