Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda yük avtomobili qaz xəttini zədələyib - VİDEO



Newscenter.az.12.03.2020
. Bu gün səhər saatlarında Bakının Xəzər rayonu, Binə qəsəbəsi Sovxoz ərazisi adlanan yerdə Rusiya Federasiyasına məxsus dövlət nömrə nişanlı “Volva” markalı yük avtomobili ilə qəza törədilib.

Bu barədə Newscenter.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Belə ki, həmin avtomobillə vurularaq diametri 273 mm olan orta təzyiqli qaz xətti qırılıb. Kəmərin 20 metrlik hissəsi dayaqlardan düşüb və qaynaq yerindən aralanıb. Təhlükəsizlik tədbirləri olaraq qaz sızmasının qarşısını almaq üçün təqribən 9 minə yaxın abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Ərazidə təcili bərpa işləri aparılır.
Xəbəri paylaş