Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

2 462 ədəd nəqliyyat vasitəsində dezinfeksiya işləri aparılıb

2 462 ədəd nəqliyyat vasitəsində dezinfeksiya işləri aparılıb


Newscenter.az.13.03.2020. Koronavirus (COVİD-19) xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə ictimai nəqliyyatda əksepidemik tədbirlər davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən Newscenter.az-a bildirilib ki, bu çərçivədə gün ərzində 270 min nəfərə yaxın sərnişinin istifadə etdiyi “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi növbəti dəfə dezinfeksiya olunub. Sərnişinlərin rahatlığı nəzərə alınaraq işlər gecə saatlarında keçirilib. Perronlar, gözləmə zalları, sərnişinlərin birbaşa təmasda olduğu qurğu və avadanlıqlar dezinfeksiya edilib. Eyni zamanda, park ərazisi, oturacaqlar da dezinfeksiya edilib. Sərnişinlərin, sürücülərin və burda çalışan digər personalın əllərini tez-tez dezinfeksiya edə bilməsi üçün gözləmə zallarında xüsusi məhlullar da qoyulub.

Məlumat üçün bildirək ki, əvvələr mərkəzdə müvafiq tədbirlər həftədə 1 dəfə həyata keçirilirdi. Gecə boyu Bakı şəhərinin inzibati ərazisində müntəzəm marşrutlar üzrə istismar edilən bütün avtobuslarda da (ümumilikdə 2 100 ədəd) dezinfeksiya tədbirləri həyata keçirilib.
İstehsalat bazasında həyata keçirilən dezinfeksiya işləri ilə yanaşı, dərman preparatlarının təsiri nəzərə alınmaqla avtobuslar gün ərzində son dayanacaq məntəqələrində də təmizlənir.

Taksi ilə daşımaları həyata keçirən hüquqi və fiziki şəxslər (20 şirkət üzrə) tərəfindən 2 462 ədəd nəqliyyat vasitəsində dezinfeksiya işləri aparılıb.

Anar
Xəbəri paylaş