Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda evdən 7 min manatlıq oğurluq edildi



Newscenter.az.13.03.2020. Bakıda evdən oğurluq edən şəxslər saxlanılıb.

“Report”un xəbərinə görə, hadisə martın 6-da Qaradağ rayonun Lökbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, naməlum şəxslər Lökbatan qəsəbəsində yaşayan L.Məmmədovun evindən 5 min manat pul, 760 ABŞ dolları, 1 678 manat dəyərində ətir, mobil telefon və geyim əşyaları oğurlayıb.

Daha sonra L.Məmmədov hadisə ilə bağlı “102” Zəng Mərkəzi xidmətinə müraciət edib.

Bakı Şəhər Baş Polis İdarəsi və Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər – Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü V.İsmayılov, 1984-cü il təvəllüdlü M.Babayev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Cinayət Məclləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xəbəri paylaş