Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Komitəsinin sədr müavinləri vətəndaşları qəbul edəcək

Dövlət Komitəsinin sədr müavinləri vətəndaşları qəbul edəcək


Newscenter.az.13.03.2020
. Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Qobustan, sədr müavini Səyavuş Heydərov Beyləqan, sədr mavini Gündüz İsmayılov İmişli rayonunun sakinləri ilə görüşəcəklər.

Bu barədə məlumat Newscenter.az-a Dövlət Komitəsindən daxil olub. Bildirilib ki, sədrin birinci müavini Səyyad Salahlı 17 mart tarixində, saat 11:00-da Qobustan rayon Gənclər Mərkəzində (Heydər Əliyev prospekti) vətəndaşları qəbul edəcək. Sədr müavini Səyavuş Heydərov martın 18-də Beyləqan rayon Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 7) saat 11:00-da rayon sakinləri ilə görüşəcək. Sədr müavini Gündüz İsmayılovun vətəndaş qəbulu isə həmin tarixdə İmişli rayon Heydər Əliyev Mərkəzində (20 yanvar küçəsi 2) saat 12:00-da keçiriləcək.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı qəbula gəlmək istəyən vətəndaşlardan, müvafiq olaraq, Komitənin Şamaxı və İmişli bölgəsi üzrə şöbələrinə müraciət etmələri xahiş edilir.

Mehman
Xəbəri paylaş