Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili 20 nəfər seçicisini himayəyə götürdü



Newscenter.az.15.03.2020. "Vətəndaş mövqeyindən çıxış edərək, imkanım daxilində Səbail rayonu ərazisində yaşayan, ailə himayəsindən məhrum olan, səhətində problemi olan 20 nəfər vətəndaşı ilkin tələbat ərzaq və sanitar məhsullarının evə təchizatı üçün öz himayəmə götürürəm".

Newscenter.az xəbər verir ki, millət vəkili Nigar Arpadarai bunun ölkədə koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində dövlətə və vətəndaşlara dəstək məqsədilə atılan addımlardan biri olduğunu vurğulayıb. Xanım millət vəkili bunun bağlı yazdığı statusda qeyd edib:

"Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatı COVİD-19 koronavirusu pandemiya elan edib. Bununla bağlı ölkəmizdə virusun qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir. Qeyd etmək istərdim ki, ÜST-nın statistikasına görə virusa yoluxmuş yaşlı (60+) və immun sistemi zəif olan insanların yoluxmadan sonra müalicəsi ağır keçir və təəssüf olsun ki, letal nəticələrin böyük bir hissəsi bu qrup insanları əhatə edir. Qeyd olunanları nəzərə alaraq, belə insanların müdafiəsi üçün görüləcək tədbirlərlə əlaqədar, AR Milli Məclisinin deputatı qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə mənim tərəfimdən ilk sorğu göndərilir".

Millət vəkili daha sonra qeyd edib ki, dövlət, şübhəsiz ki, xəstəliyin yayılmasına qarşı tədbirlər görməkdədir, lakin kütləvi yoluxma təhlükəsi olduqda, məsuliyyətin böyük bir hissəsi vətəndaşların da üzərinə düşür:

"Məhz buna görə mən, vətəndaş mövqeyindən çıxış edərək, imkanım daxilində Səbail rayonu ərazisində yaşayan, ailə himayəsindən məhrum olan, səhhətində problemi olan 20 nəfər vətəndaşı ilkin tələbat ərzaq və sanitar məhsullarının evə təchizatı üçün öz himayəmə götürürəm. Bu insanların yoluxma riskini azaltmaq məqsədilə, onlarla daim əlaqə saxlanılacaq, günaşırı ərzaq və sanitar vasitələrlə təmin olunacaqlar. Həmvətənlilərimi öz həyət və məhəllələrində də belə xidmət təşkil etməyi çağırıram. Hətta bir yaşlı və yaxud problemli səhhəti olan qonşunuza çörək almaqla, onun evdən çölə çıxmasının qarşısını almış olursunuz. Beləliklə yoluxma riskini azaldırsınız, perspektivdə isə, bəlkə də, həyatını xilas etmiş olursunuz!
Əgər pandemiya reallıqdırsa, o zaman gəlin bu reallığı sosial müəsuliyyətimizin sınağına çevirək! Gəlin bizim xalqa məxsus açıqürəkliliyi və yaşlı nəslə olan qayğıkeşliyi bir daha nümayiş edək. Bu sınaqdan panikaya uğramadan birlikdə ləyaqətlə çıxaq! Özünüzdən müğayət olun!".

Mehman
Xəbəri paylaş