Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədən qayıdacaq azərbaycanlılar üçün uçuşların qrafiki açıqlandı - SİYAHI



Newscenter.az.15.03.2020. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri müvəqqəti olaraq dayandırıldığından Azərbaycana qayıtmaq istəyən şəxslərlə bağlı çarter reyslər ayrılacaq.

Türkiyənin Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, 15 mart tarixində Türkiyədən Azərbaycana iki reys həyata keçiriləcək.

TK 332 IST-GYD - 08:55 (Yerli vaxtla) sadəcə Azərbaycan vətəndaşları

TK 334 IST-GYD - 16:00 (Yerli vaxtla) sadəcə Azərbaycan vətəndaşları

Azərbaycandakı Türkiyə vətəndaşlarının ölkəsinə dönməsi üçün isə 15 martda iki reys həyata keçiriləcək.

TK 333 GYD-IST - 13:45 (Yerli vaxtla) sadəcə Türkiyə vətəndaşları

TK 335 GYD-IST - 20:50 (Yerli vaxtla) sadəcə Türkiyə vətəndaşları

Türkiyədən qayıdan şəxslər müayinədən keçiriləcək və zərurət yarandığı halda, 14-28 günlük karantin rejimində saxlanılacaq.
Xəbəri paylaş