Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyada koronavirusa yoluxanların sayı 176 minə çatır



Newscenter.az.16.03.2020. Son məlumata görə, dünyada COVİD-19 virusuna yoluxanların sayı 175 769-a çatıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, virusdan 6 717 nəfər ölüb, 77 868 xəstə isə sağalıb.

Hazırda virusdan ən çox zərər çəkən ölkələrdən İtaliyada 24 747 nəfər yoluxandan 1 809 nəfər ölüb, 2 335 nəfər sağalıb, İranda 14 991 yoluxandan 853 nəfər ölüb, 4 590 nəfər sağalıb, İspaniyada 9 428 yoluxandan 335 nəfər ölüb, 530 nəfər sağalıb, Cənubi Koreyada 8 236 yoluxandan 75 nəfər ölüb, 1 137 nəfər isə sağalıb.

Bütövlükdə 15 ölkədə bu virusa 1 000 nəfərdən çox yoluxan, 5 ölkədə isə 100-dən artıq ölən var. Dünyanın 162 ölkə və bölgəsində koronavirusa yoluxma halları qeydə alınıb.
Xəbəri paylaş