Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Koronavirusa görə vətəndaş qəbulunun vaxtı ertələndi



Newscenter.az.16.03.2020. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun mart ayının 17-də Yevlax rayonunda (Yevlax və Ucar sakinləri üçün), İdarə Heyəti sədrinin müavini Hüsnü Quliyevin isə Zərdab rayonunda planlaşdırılan vətəndaşların qəbulu qeyri-müəyyən vaxtadək təxirə salınır.

Agentlikdən Newscenter.az-a daxil olan məlumata görə, qəbul koronavirus infeksiyasının (COVİD-19) qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlı açıqlanan qaydalara əsasən təxirə düşüb.

Anar
Xəbəri paylaş