Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Miqrasiya Xidmətinin Çağrı Mərkəzinə 8177 zəng daxil olub



Newscenter.az.16.03.2020. Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə cari ilin fevral ayı ərzində daxil olmuş zənglərin statistikası açıqlanıb.

Xidmətdən Newscenter.az-a bildirilib ki, Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə cari ilin fevral ayı ərzində 8177 zəng daxil olub. Onlardan 7376-sı Azərbaycan, 566-sı rus, 235-i isə ingilis dilində cavablandırılıb. Qəbul edilən zənglərin 2610-u müvəqqəti yaşama icazəsi, 988-i vətəndaşlıq məsələləri, 555-i olduğu yer üzrə qeydiyyat, 425-i daimi yaşama icazəsi, 400-ü iş icazələri, 312-si inzibati xəta, 2887-si digər məsələlər ilə əlaqədar olub.
Xəbəri paylaş