Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyadakı Azərbaycan diaspor təşkilatları birgə bəyanat yayıb



Newscenter.az.16.03.2020. Rusiya azərbaycanlıları federal milli – mədəni muxtariyyəti “Azərros” un 24 aprel 2020 ci ildə keçiriləcəyi nəzərdə tutulmuş hesabat-seçki Qurultayı mövzusu Rusiyadakı Azərbaycan diasporunun gündəmində qalmaqdadır. Sözügedən mövzunun əsas subyektləri Rusiyadakı Azərbaycan diasporu, Azərbaycanın və Rusiyadakı Azərbaycan diasporunun kütləvi informasiya vasitələridir. Azərrosun Qurultayının keçirilmə qaydalarının birmənalı qəbul edilməməsi, Təşkilatın Prezidenti kürsüsünə irəli sürülən bir sıra namizədlərə qarşı etiraz sözügedən mövzunun ümumdiaspor miqyasında müzakirəsinə səbəb olmuşdur.

Newscenter.az xəbər verir ki, martın 13 də Moskvada diaspor sahəsində müşahidə edilən böhranın səbəblərini müəyyən edib, çıxış yolu tapmaq məqsədilə Rusiya azərbaycanlıları İttifaqının başçısı Fizuli Məmmədovun təşəbbüsü ilə Rusiyadakı yerli və regional milli mədəni muxtariyyətlərin sədrləri, təşkilat mənsubu olmayan ictimai fəalların iştirakı ilə görüş təşkil edilib.

Tədbirdə Rusiya azərbaycanlıları İttifaqının başçısı Fizuli Məmmədov və onun rəhbəri olduğu Təşkilatın mənsubları, Leninqrad vilayəti azərbaycanlıları regional milli-mədəni muxtariyyətinin sədri Naib Paşayev, Moskva vilayəti azərbaycanlıları regional milli-mədəni muxtariyyətinin sədri Elşən İbrahimov, Moskva vilayəti azərbaycanlıları milli-mədəni muxtariyyətinin İdarə Heyətinin üzvü Hidayət Məmmədov, Moskva şəhəri azərbaycanlıları yerli milli-mədəni muxtariyyətlərinin sədrləri Məzahir Qədirli, Əli Kazımov, Azərbaycan mədəniyyəti və dili mərkəzi muxtar qeyrikommersiya təşkilatının Muşahidə Şurasının üzvü Azər Səfərov, təşkilat mənsubu olmayan ictimai fəallar, Moskvanın fəxri inşaatçısı Mirəşrəf Fətiyev, Rusiyanın fəxri vəkili Ələkbər Qarayev, iş adamı Hikmət Cavadov və başqaları iştirak etdilər.

Azərrosun Rusiya azərbaycanlılarının federal statuslu milli mədəni muxtariyyəti olduğunu vurğulayan tədbir iştirakçıları Təşkilatın 11 fevral 2020 ci il bəyanatına etirazlarını bildirdilər. Diaspor mənsubları hesab edir ki, Prezident yanında Milli Şuranın üzvü, Rusiya prezidentinin etibarlı siması olan Azərros Prezidentini, Rusiya Federasiyasındakı azərbaycanlıların yeganə legitim federal təşkilatının rəhbərini cəmisi 53 nəfərin seçməyi səhv qərardır.

Qeyd edək ki, Azərrosun Federal Şurasının 11 fevral 2020 ci ildəki qərarına əsasən aprelin 24 də Azərrosa Prezident və Federal Şuranın yeni tərkibini seçmək hüququna Təşkilata daxil olmuş 12 regional təşkilatdan 24, “Federal Şura”dan 20 və Azərrosun “Ağsaqqllar Şurası”ndan 9 üzv malikdir.

Görüş iştirakçıları hesab edir ki, Rusiyada 100 dən çox yerli, regional, vilayət və əyalət statuslu milli mədəni muxtariyyətin mövcud olduğu halda Prezidentin və Fəederal Şuranın 12 təşkilat tərəfindən seçilməsi federal milli mədəni muxtariyyət haqqında Nizamnamənin bəndlərinə zidddir. Onlar bu qərarı Rusiyadakı böyük Azərbaycan diasporunun maraqlarına qarşı laqeydlik aktı kimi qiymətləndirir.

Diasopor fəalları 11 fevral bəyanatında adıçəkilən “Ağsaqqllar Şurası” adlı orqanın Azərrosun qarşıdadakı Qurultayında iştirakı məsələsinə də toxundular. Belə ki, Azərrosun “Federal Şurası” nın 12 may 2016 cı ildə keçirdiyi iclasının qərarını diqqətə çatdıran tədbir iştirakçıları 4 il bundan əvvəl səlahiyyətlərini Qurultaya qədər dondurmuş Orqanın seçmək və seçilmək hüququna sahib olmasını qeyrilegitim hesab edir.

Xatırlaqdaq ki, Azərrosun Ağsaqqallar Şurası 12 may 2016 cı ildən bəri öz fəaliyyətini dayandırmışdır ki, bu fakt Təşkilatın rəsmi orqanı olan www.fnkaa.ru saytında 13 may 2016 cı ildə çıxan xəbərdə öz təsdiqini tapır. Diaspor iştirakçıları hesab edir ki, Ağsaqqallar Şurası adlı orqan Qurultayda iştirak edəcəyi təqdirdə Qurultayın legitimliyi sual doğuracaq və onun nəticələri məhkəmə predmeti ola bilər.

Görüş iştirakçılarının qaldırdığı məsələlərdən biri də Azərrosun 24 aprel Qurultayında iştirak etmək üçün ərizə vermiş milli mədəni muxtariyyətlərin təmsilçilərinin nümayəndə heyəti statusunda iştirakının təmin edilməsidir. Bu müraciətin təmin edilməsi məqsədilə Rusiyanın Ədliyyə Nazirliyinə artıq ərizə verilib və ona cavab gözlənilir. Rusiyanın Ədliyyə Nazirliyindən şikayətçinin maraqlarını qane etməyən cavab gəldiyi təqdirdə o zaman Azərrosun Qurultayı ilə bağlı diaspor təşkilatı rəhbərləri tərəfindən qəti tədbirlər görüləcək ki, bu haqda Ədliyyə Nazirliyinin cavabından sonra məlumat veriləcək. Görüş iştirakçıları seçki hüququ olan 53 nəfərə də müraciət edəcəklərini və onlarla da görüş planlaşdırırlar.

Diaspor fəallarının fikrincə Azərrosun Qurultayı baş tutduğu şəraitdə Prezident kürsüsünə diaspor işlərində böyük fəaliyyəti, həm də böyük həyat təcrübəsi, cəmiyyətdə nüfuzu, yaxşı maliyyə imkanları olan, mövqeyini müstəqil şəkildə ifadə edəcək, idarəedilməyən Azərbaycanlı olmalıdır. Bu parametrlərə cavab verməyən namizədlərin və xüsusən də müxtəlif güclərin təsiri altında olan şəxslərin Azərrosa rəhbər seçilməsi yolverilməzdir və bu Azərbaycan diasporunda bölücülüyə, Rusiyada isə diaspor daxilində və digər diaspoprlarla milli zəmində gələcək münaqişələrə səbəb ola bilər.
Xəbəri paylaş