Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xaçmaz KOB İnkişaf Mərkəzində sahibkarlar üçün məsləhət xidmətləri distant formada davam etdirilir



Nrwscenter.az.17.03.2020. Koronavirus (COVİD-19) infeksiyasının yayılmasına qarşı preventiv tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzində sahibkarlıq subyektləri üçün keçirilən təlimlər müvəqqəti olaraq dayandırılıb.

Newscenter.az xəbər verir ki, KOB İnkişaf Mərkəzi tərəfindən göstərilən məsləhət xidmətləri isə distant formada davam etdirilir. Sahibkarlıq fəaliyyəti ilə bağlı Xaçmaz KOB İnkişaf Mərkəzinin məsləhət xidmətlərindən istifadə etmək istəyən mikro, kiçik və orta sahibkarlıq subyektləri qeyd olunan əlaqə vasitələrinə müraciət edə bilərlər:

Telefon/Whatsapp (055) 222 15 04 (Rauf Əliyev)
E-mail: [email protected]
Xəbəri paylaş