Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı Ağır Cinayətlər Məhkəməsində qoruyucu maskadan istifadə məcburidir



Newscenter.az.18.03.2020. Bakı Ağır Cinayətlər Məhkəməsində qoruyucu maska və ya respirator taxmayan şəxslər məhkəmə zalına buraxılmır.

“Report”un xəbərinə görə, bu barədə məhkəmənin sədri Mahmud Nəbiyev göstəriş verib.

Məlumata görə, qoruyucu maskadan istifadə etməyən şəxslərin məhkəmə binasına buraxılmasına icazə verilmir.

Həmçinin məhkəməyə daxil olan şəxslərin də əllərinə spirt vurulur və daha sonra içəri buraxılır.
Xəbəri paylaş