Dövlət Komitəsinin virtual qəbul otağı fəaliyyətə başlayır
Tarix: 18-03-2020, 22:16
Newscenter.az.18.03.2020. Mövcud fövqəladə şəraitlə əlaqədar olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin virtual qəbul otağı fəaliyyətə başlayır.
Bu barədə məlumat Newscenter.az-a Dövlət Komitəsindən daxil olub. Bildirilib ki, martın 19-u saat 12:00-da komitənin rəsmi Facebook səhifəsində ilk canlı yayım keçiriləcək.
Komitənin funksional fəaliyyəti ilə bağlı bütün suallar komitə əməkdaşları tərəfindən cavablandırılacaq.
Ayan