Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avtobuslarda sərnişinlərin istifadəsi üçün dezinfeksiyaedici məhlul yerlələşdirilib



Newscenter.az.20.03.2020
. Bakı Nəqliyyat Agentliyinin tövsiyəsi əsasında müntəzəm marşrutlar üzrə istismar olunan avtobuslarda sərnişinlərin istifadəsi üçün dezinfeksiyaedici məhlul yerlələşdirilib.

Newscenter.az-a BNA-dan bildirilib ki, stismarda olan avtobuslarda qeyd olunan avadanlığın (dezinfeksiyaedici məhlul ) yerləşdirilməsi və avtobusların təmizliyinin nəzarətdə saxlanması ilə bağlı monitorinq keçirilib və aşkarlanan çatışmazlığın aradan qaldırılması barədə daşıyıcı şirkətlərə xəbərdarlıq edilib.

Ümumilikdə isə qeyd edək ki, Bakı şəhərinin inzibati ərazisində müntəzəm marşrutlar üzrə istismar edilən avtobuslarda dezinfeksiya tədbirləri davam etdirilir. Gecə saatlarında aparılan proses BNA-nın mobil qrupları tərəfindən nəzarətdə saxlanılır.

Anar
Xəbəri paylaş