Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaqif Abdullayev: "İnanıram ki, dövlətimiz və xalqımız bu sınaqdan da üzü ağ çıxacaq"



Newscenter.az.20.03.2020. Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Ulu Tanrıya, kainatın nizamına və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir.

Milli adət-ənənələrimizdə özünəməxsus yeri olan Novruz bayramı həm də milli birlik və həmrəyliyimizin rəmzinə çevrilmişdir. Bu bayram günlərində bütün dünya azərbaycanlılarının azərbaycançılıq məfkurəsi ətrafında daha sıx birləşərək Azərbaycanımızın sabitliyi və dayanıqlı inkişafına öz töhfələrini verəcəyinə inanıram.

Təəssüf ki, builki Novruz bayramını koronavirus epidemiyası səbəbindən bütün dünyanı bürümüş qlobal böhran şəraitində qeyd edirik. İnanıram ki, dövlətimiz və xalqımız bu sınaqdan da üzü ağ çıxacaq, qlobal iqtisadi böhranın Azərbaycana təsirləri də minimallaşdırılacaq. Novruzun gəlişi həyatın canlanması, sevincli günlərin başlaması deməkdir. Əminəm ki, Novruz bayramı ilə ölkəmizə qədəm qoyan Yeni il dövlətimiz və xalqımız üçün uğurlu olacaq, bütün çətinliklər köhnə ildə qalacaq və Novruzla qarşıdakı günlərdə dönməz sabitlik, sülh və əmin-amanlıq, yüksək rifah, yeni inkişaf başlayacaq. Novruz bayramı bolluq, bərəkət və xeyirxahlıq rəmzidir. Süfrənizin bol və ruzili olmasını arzu edirəm. Xalqımıza bahar təravətli günlər, xoşbəxtlik və firavan həyat arzulamaqla, Novruz bayramının işğal altında olan Dağlıq Qarabağın azad edilərək, böyük coşqu və təntənə ilə bu bölgədə qeyd olunmasını diləyirik.

Bir daha Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayıram. Birliyin, bərabərliyin, qardaşlığın bolluğun və bərəkətin bayramı olan Novruzunuz bərəkətli olsun. Qoy bu təravətli Novruz bayrami qəlbinizi isə xoş hisslərlə doldursun. Sağlamlığınız möhkəm, arzularınız sonsuz, ümidləriniz gərçək olsun!
Novruz bayramınız mübarək olsun!

Vaqif Abdullayev-Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü
Xəbəri paylaş