Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan gəncliyinə çağırış - Evdə qal, virusa yoluxma!



Newscenter.az.25.03.2020. Azərbaycan gəncliyinə- Evdə qal, virusa yoluxma! mövzusunda çağırış edilib.

Newscenter.az Tibb Məktəbi layihəsinin rəhbəri, QHT rəsmisi Ruslan Vəliyev tərəfindən edilən həmin çağırışı təqdim edir:

Dəyərli Azərbaycan gəncliyi, ölkəmiz üçün böyük təhlükə olan Koronavirusa qalib gəlmək üçün birlikdə çalışmalıyıq. Mən hər birinizdən xahiş edirəm ki, Dövlətimizin qoyduğu qaydalara riayət edək və bu istiqamətdə ətrafımızda maarifləndirmə işi aparaq. Biz öz öhtəmizə düşən vəzifəni düzgün aparsaq, qoyulan məhdudiyyətlərə əməl etsək, boş vaxtımızı səmərəli keçirərək kitab oxusaq, biliklərimizi artırsaq, evimizdə qalaraq həm özümüzü, həm də ailəmizi qorumağa çalışsaq bu virusa qalib gələ bilərik.

Hal-hazırda dünya gündəmini zəbt edən, böyük mənada isə bəşəriyyəti ciddi narahat edən koronovirus infeksiyası demək olar ki, gündəlik həyatımıza təsirsiz ötüşməməkdədir. Reallıq və sevindirici məqam budur ki, bəşəri bəla ölkəmizə digər ölkələrə nisbətən daha az təsir etməkdədir. Təbii ki, biz xalq olaraq buna görə dövlətmizə və onun rəhbəri Prezidentimiz cənab İlham Əliyevə minnətdar olmalıyıq. Çünki koronovirusla mübarizə tədbirlərinin başlandığı ilk günlərdən indiyədək Azərbaycan dövlətinin atdığı bütün qətiyyətli addımlar xalqımızın ümummilli mənafeyinə, dövlətimizin və millətimizin siyasi və fiziki təhlükəsizliyinə hesablanmış addımlardır.

Əziz gənclər hal-hazırda ölkəmizdə koronavirus infeksiyasına qarşı bir sıra tədbirlərin həyata keçirilməsi, həmçinin, bir sıra addımların atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü olaraq ödəmələr həyata keçirilir. Ölkə ərazisində fəaliyyət göstərən təşkilatlar, şirkətlərə, fiziki və hüquqi şəxslər bu prosesdə fəal iştirak edərək Dövlətimizin yanında olduqlarını bildirirlər. Biz gənclərdə öz məsuliyyətimizi dərk etməli və bu prosesdə fəal olmalıyıq.

Son olaraq hər bir Azərbaycan gəncini Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırıram.

Ruslan Vəliyev
Tibb Məktəbi layihəsinin rəhbəri, QHT rəsmisi
Xəbəri paylaş