Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İspaniyada bir gündə 400-ə yaxın şəxs koronavirusdan öldü



Newscenter.az.22.03.2020. İspaniyada koronavirusa yoluxanların və ölənlərin sayı artmaqda davam edir.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ölkədə virus qurbanlarının sayı 1 720 nəfərə çatıb.

Məlumata görə, hazırda 28 572 nəfər koronavirus daşıyıcısıdır. Ən çox yoluxma halı Madrid muxtar bölgəsində qeydə alınıb - 9 702 nəfər.

Qeyd edək ki, ötən gün İspaniyada koronavirusa 24 926 nəfərin yoluxduğu, 1 326 nəfərin isə virusdan öldüyü xəbəri yayılmışdı.
Xəbəri paylaş