Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azəriqaz” koronavirusla bağlı aksiyaya qoşuldu - VİDEO



Newscenter.az.23.03.2020. “Azəriqaz” İstehsalat Birliyi koronavirusla bağlı məsələnin ciddiliyini yaxşı anlayır və buna görə də #EvdəOturVirusaYoluxma şüarına qoşulur.

İstehsalat Birliyindən Newscenter.az-a bildirilib ki, Birlik bayram günlərində də 2 milyon 300 minə yaxın abonentin qaz təchizatında fasilələr olmaması üçün iş başındadır:

“Qeyd edək ki, Nazirlər Kabinetinin qərarları, tələb və tövsiyyələri nəzərə alınaraq bir çox sahələrdə çalışan insanlar artıq əmək fəaliyyətindən ayrılaraq evdən bayıra çıxmır. Yəni biz də, həkimlər də, başqa qurumlar da çalışır ki, hamı rahat evində otura bilsin. Bu zəhmətimiz hədər olmasın deyə, özünüzü təhlükəyə atmayın! Virusa birlikdə qalib gələk!”.

Bu barədə hazırlanan video material aşağıdakı “youtube” ünvanında yerləşdirilib:
Xəbəri paylaş