Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müdafiə Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb



Newscenter.az.23.03.2020. Müdafiə Nazirliyinin rəhbərliyi bir aylıq pul təminatının 50 % həcmində vəsaiti Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat verib
Xəbəri paylaş