Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yevlaxda ilk dəfə vətəndaşlarla video qəbul keçirilib



Newscenter.az.23.03.2020. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Yevlax Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən mütəmadi olaraq həftənin bir günü İcra Hakimiyyətinin inzibati binasında, 1 gün isə təsdiq edilmiş qrafikə uyğun olaraq rayonun kəndlərinin birində vətəndaşların qəbulu həyata keçirilir, onların təklif və müraciətləri dinlənilir. Lakin bu günlərdə dünyanın əksər ölkələrində qeydə alınmış Koronovirus epidemiyasının Azərbaycanda da yayılma təhlükəsi və insanların sağlamlığının qorunması məqsədilə digər kütləvi tədbirlərlə yanaşı açıq qəbullar da təxirə salınıb.

Newscenter.az-a Şəhər İcra Hakimiyyətindən bildirilib ki, bununla əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın xüsusi rejimdə iş üzrə Təlimatına uyğun olaraq Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən vətəndaşların qəbulu yeni qaydada - video konfrans vasitəsi ilə həyata keçirilib.

Qəbul zamanı 20 nəfərdən çox rayon sakininin müraciətlərini diqqətlə dinləyən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı onların problemlərinin, təkliflərinin aidiyyatı üzrə qeydiyyata alınması və İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli edilməsi üçün müvafiq göstərişlər verib.
Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul işçilərinin iştirak etdiyi qəbulda rayon sakinləri belə çətin vaxtda vətəndaşların müraciətlərinin dinlənilməsinin yeni formatda elektron video qəbulun tətbiqinə görə ölkə başçısı İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.

Video konfrans zamanı şəhər rəhbəri sakinləri maarifləndirmək məqsədilə Koronovirus epidemiyası, onun yayılmasının qarşısının alınması və ondan qorumaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və tövsiyyələrini sakinlərin nəzərinə çatdırdı və bu tövsiyyələrə əməl edilməsinin insanların sağlamlığına olan xeyirli nəticələrini izah edib.

Belə çətin şəraitdə Prezidentin "daim vətəndaşın yanında olun” tapşırığına uyğun keçirilən video konfransda iştirak edən vətəndaşların məmnunluğu bir daha ölkə başçısının tapşırıq və göstərişlərinin Yevlax rayonunda uğurla həyata keçirildiyini əyani göstəricisidir.

Mehman
Xəbəri paylaş