Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı, Sumqayıt və Abşeron ərazilərində marşrut xətləri üzrə sərnişin avtobuslarının fəaliyyəti adi rejimdə davam edəcək



Newscenter.az.24.03.2020. Gün ərzində Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu ərazilərində sərnişindaşımaya məhdudiyyət olmadığından onları əlaqələndirən marşrut xətləri üzrə sərnişin avtobuslarının fəaliyyəti adi rejimdə davam edəcək.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Avtomobil Nəqliyyatı Xidməti yayıb.

Bildirilib ki, sərnişin axınına uyğun avtobusların sayı tənzimlənəcək.

Növbəti günlər üçün məhdudiyyətin olub-olmayacağı barədə məlumat təqdim olunacaq.

Anar
Xəbəri paylaş