Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyada koronavirusdan ölənlərin sayı 14 min nəfəri ötdü



Newscenter.az.24.03.2020. Dünyada koronavirusa yoluxanların sayı artıb.

“Report” RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Qeyd edilir ki, 14,5 mindən çox insan COVID-19-un qurbanı olub.

Təşkilatın son məlumatına görə, dünyada xəstələrin ümumi sayı 332 930 nəfər olub. Yoluxma hallarının əksəriyyəti Avropada qeydə alınıb - 170 mindən çox. Həmçinin yeni virusdan 14 510 ölüm hadisəsi haqqında bildirilir. Bu göstəricilərin 8 mindən çoxu Avropanın payına düşür.

COVID-19-a yoluxma və ölüm hadisələrinin ən kiçik sayı Afrikada qeydə alınıb: 990 yoluxma və 23 ölüm.

Son gün ərzində Suriya, Qrenada və Mozambik hakimiyyətləri öz ərazilərində koronavirusa ilk yoluxma halları haqqında bildiriblər.
Xəbəri paylaş