Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tokio olimpiadası təxirə salındı



Newscenter.az.24.03.2020. Beynəlxalq Olimpiya Komitəsi Tokio Yay Olimpiya Oyunlarını 2021-ci ilə təxirə salıb.

"Report"un IOC-un rəsmi saytına istinadən verdiyi məlumata görə, səbəb koronavirus infeksiyasıdır.

Qərara alınıb ki, Olimpiya məşəli Yaponiyada qalsın və yarışın adı Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunları kimi saxlanılsın.

Qeyd edək ki, Yaponiya paytaxtında olimpiada bu il 24 iyul - 9 avqustda keçirilməli idi.
Xəbəri paylaş