Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının kollektivi ​ Prezidentin təşəbbüsünə qoşuldu



Newscenter.az.25.03.2020. Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının kollektivi ​ Prezidentin təşəbbüsünə qoşulub.

Newscenter.az xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmana əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməyi qərara alaraq bir aylıq vəzifə maaşları həcmində pul məbləğini (30 min manat) Fonda köçürüblər.
Xəbəri paylaş