Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Balakəndə narkobaron tutuldu



Newscenter.az.27.03.2020. Balakən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş rayonun Qullar kənd sakini, “Vitka” ləqəbli Vidadi Əmralıyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 115 qramdan artıq narkotik vasitə olan qurudulmuş marixuana və 5,27 qram çətənə bitkisinin toxumları aşkar edilib.

Bu barədə "Report" un Şimal-qərb bürosuna DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Xəbəri paylaş