Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Paşinyana təzyiqləri artıracaq



Newscenter.az.27.03.2020. “Dünya yeni bir virusla mübarizə apardığı bir dönəmdə ölkəmiz iki virusa qarşı mübarizə aparır. Koronavirus gəlib gedərdi, amma erməni virusu hələ davam edəcək. Ona görə də biz xəstəliklə mübarizə aparmaqla yanaşı, ermənilərə qarşı da mübarizə aparmalıyıq və onların informasiya savaşına qarşı fəaliyyətdə olmalıyıq”.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, bir neçə gündən sonra Azərbaycanın işğal olunmuş ərazilərində qondarma seçkilər keçiriləcək:

“Görünür, koronovirus epidemiyası ermənilərin çirkin niyyətlərindən əl çəkməsinə belə təsir etməyib. Qarabağda martın 31-də qondarma prezident və parlament seçkilərində "Qarabağ klanı" ilə "Yereavan klanı" arasında gərgin mübarizə gedəcəyi gözlənilir. Eks-prezident Qarabağ klanının aparıcı nümayəndəsi Serj Sarkisyan hazırda Qarabağdakı qondarma seçkilərdə Vitali Balasanyanın seçilməsi istiqamətində gərgin işlər aparır. Çünki, hərbi xuntanın nümayəndələri burada rəhbərliyi əldən versələr, onların Ermənistan siyasətindən silinməsi labüd olacaq. Ona görə də Qarabağdakı qondarma seçkilər Sarkisyan və Koçaryan üçün "Ölüm və olum" savaşıdır”.

Politoloq deyib ki, baş nazir Nikol Paşinyan dəstək verdiyi Mailyanın rəhbərliyə gəlməsi istiqamətində mübarizə aparır:

“Paşinyan burada öz adamını rəhbərliyə gətirə bilərsə, Qarabağ klanının üzvləri burada müəyyən ittihamlarla həbs ediləcək. Əsasən Paşinyanın düşməni prezidentliyə namizəd Vitali Balasanyan həbs olunacaq. Qeyd edim ki, Ermənistan prezidenti Armen Sarkisyan bir neçə gün bundan əvvəl Qarabağa səfər elədi. Onun da dəstək verdiyi əsas namizəd Vitalı Balasanyandır. Çünki, Armen Sakisyanı Qarabağ klanı hakimiyyətə gətirib və burada klanın məğlubiyyəti onun da prezident kürsüsü ilə vidalaşmasına gətirəcək”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Paşinyan Qarabağ klanını burada zərərsizləşdirə bilərsə, Rusiya da Paşinyana təzyiqləri artıracaq:

“Çünki, Rusiyanın da dəstək verdiyi qruplar burada formalaşır və güclənərək Ermənistanda rəhbərliyə gəlir. Bunu Paşinyan çox gözəl bildiyi üçün Qarabağ klanına qarşı mübarizəni sona qədər aparacaq. Əgər, Qarabağ klanı burada yenidən rəhbərlikdə qalarsa, Pşainyaninqilaba əl atacaq. Amma, onun inqilab çağrışları müsbət nəticələnməyəcək. Çünki, Ermənistanda inqilab heç də ölkəyə müsbət iqtisadi naliyyətlər gətirmədi və Qarabağdakı ermənilər inqilabda maraqlı deyillər. Paşinyan ilk hakimiyyətə gələndə Qarabağdakı sepaartçıları inqilabla devirmək gücünə malik idi”.

Politoloq deyib ki, baş verənlər birbaşa Qarabağ münaqişəsinin nizamlanmasına mənfi təsir edir:

“Xüsusilə Qarabağ klanı burada rəhbərlikdə qalarsa, Ermənistanla aparılacaq bütün danışıqlar səmərəsiz və vaxt itkisi olacaq. Azərbaycan tərəfdən qondarma seçkiləri müşahidə edəcək xarici ölkələrin nümayəndələrinə qarşı hüquqi ölçü götürülməlidir. Bundan sonra Azərbaycan yalnız hərbi vasitələrdən istifadə etmək məcburiyyətində qalacaq. Azərbaycan ümumiyyətlə ermənilərin bu avantüralarının qarşısnı almaq üçün atəşkəsdə maraqlı olmamalıdır və lokal zərbələrini davam etdirməlidir”.

Mehman
Xəbəri paylaş