Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Koronavirus fəlakəti barədə xəbərdarlıq 2019-cu ildə edilib-DƏHŞƏTLİ VİDEO



Newscenter.az.28.03.2020.
Yeni koronvirus fəlakəti barədə xəbərdarlıq 2019-cu ildə, İsrailin paytaxtı Təl-Əviv şəhərində keçirilən "Evrovision" musdiqi yarışması zamanı edilib.

Newscenter.az xəbər verir ki, bu barədə paylaşımı özünün facebook profilində İspaniya Azərbaycanlıları Birliyinin rəhbəri Vahid İmanov edib. Birlik sədrinin fikirlərini ardıcıllıqla təqdim edirik:

2019-cu il may ayı. İsrailin paytaxtı Təl-Əvivdə keçirilən EUROVİSİON mahnı müsabiqəsi.
Müsabiqənin bağlanış mərasimi. Səhnəyə Madonna çıxır.

Madonnanın ifa etdiyi musiqi fonunda baş verənləri ardıcıllıqla sizə yazıram.

1. Madonnanın ifa etdiyi musiqinin adı "Future". Yəni "Gələcək".
2. Madonna səhnədə. Gözünün biri bağlıdı. Masonlarda buna dəccalın gözü deyilir. Tam bir illuminati.
3. Madonnanın sağında və solunda 20 qara paltarlı şəxs. 20-20. 2020.
4. Bir müddət sonraya səhnəyə əleyhqazlı olan şəxslər çıxır. Həmin şəxslərdən bir neçəsi ağ gəlincikdə. Əleyhqaz adətən, bioloji silahlar, yoluxucu viruslar və s. qorunmaq üçün istifadə olunur. Yəqin ki, bir çoxunuzun qarşısına koronavirusdan sonra toy edən cütlüklərdə gəlinlərin maska taxdığı fotolar çıxıb.
5. Gəlinciklər yerdən Madonnanı qaldıranda yarasa görüntüsü əks olunur. Bu məqamı tutmaq üçün çox diqqətli olmaq lazım.
6. Bu epizoddan sonra arxa fonda 3 iri koronavirusa bənzər vizual şarlar əks olunur.
7. Virusdan əziyyət çəkən qocalar, boğazı sarılmış insanlar əks olunur.
8. Daha sonra hər kəs yerdə ölü təqlidini göstərir.
9. Ətrafı od-alov bürüyür. Bu isə Avstraliyada olan meşə yanğınlarına işarədir.
10. Sonrakı fonda ətrafda xarabalıq, uçmuş binalar, qolu sınmış Azadlıq heykəli.
11. Bu sırada qalaktika, ulduzlar yer alır.
12. Burada isə hamı bir-bir intihar edir və sonda Madonna da.

Diqqətlə izləyin. Görəcəksiniz ki, əslində indi baş verənləri kimlərsə bilirdi.

Əziz həmvətənlər, gördüyünüz kimi biz oyun içindəyik. Qurban olmamaq üçün özümüzü qoruyaq. Şəxsi gigiyena qaydalarına fikir verək. Yaşlı insanları diqqətdə saxlayaq. Virus olsa da, olmasa da, əsas odur ki, biz qaydalara riayət edək.
Özünüzü qoruyun.
Xəbəri paylaş