Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

1918-ci il mart soyqırımı İsmayıllı ərazisində amansızlıqla həyata keçirilib



Newscenter.az.31.03.2020. Ermənilər dəfələrlə azərbaycanlılara qarşı soyqırımlar həyata keçirmiş, torpaqlarımız hesabına əraziyə sahib olmuşlar. 1918-ci ilin mart ayında həyata keçirilmiş azərbaycanlıların soyqırımı amansızlığı ilə seçilib.

1918-ci ildə Rusiya İmperiyasında yaranmış vəziyyətdən istifadə edən erməni millətçiləri azərbaycanlılara qarşı amansız soyqırmı törətdilər. 1918-ci ilin mart ayında Bakıda yaradılmış erməni bolşevik hökumətinin başçısı S.Şaumyan Bakı sovetinin iclasında “Bakı Soveti cənubi Qafqazda vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir” deyərək əslində azərbaycanlıların soyqırıma başlamağa göstəriş verdi.
Mart ayının 30-da Bakı Sovetinin rəhbərliyi altında daşnak-bolşevik hərbi qüvvələri şəhərdə türk-müsəlman əhaliyə qarşı soyqırıma başladı.Erməni millətçiləri Bakının dinc müsəlman əhalisinə divan tutdular.Azərbaycanlılara məxsus ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını dağıdıb yandırdılar. Mart soyqırımı nəticəsində təkcə Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirildi.Ümumiyyətlə mart soyqırımı zamanı Bakı quberniyasında 50 min Azərbaycanlı qətlə yetirilib.

Daşnak-bolşevik birləşmələrinin vəhşilikləri təkcə Bakı ilə məhdudlaşmamışdır. Onlar Şamaxı, Quba,Kürdəmir,Salyan və Lənkəran qəzalarında da soyqırımı davam etdirmişlər. Quba qəzasında 162, Zəngəzur qəzasında 155, Şamaxı qəzasında 72 müsəlman kəndi talan edilmiş, əhalisi soyqırıma məruz qalmışdır. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Şamaxı qəzasına daxil olan İsmayıllı kəndlərində də soyqırım amansızlıqla həyata keçirilib.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış soyqırım tədqiq edən Hökumət Komissiyası Şamaxı qəzasında ermənilər tərəfindən qətlə yetrilmiş azərbaycanlıların kəndlər üzrə sayını dəqiqləşdirilmişdir.Həmin siyahıda İsmayıllı ərazisinin aşağıdakı kəndləridə daxil edilib.
Tircan -360, Mücü-225, Bizlan-100, Zeyvə-82, Qıçatan-71, Zərnava- 49, Sulut-43, Tağlabiyan-36, Sərdahar-28, Kürdüvan- 22, Xankəndi-20, Maçaxı-8 .

Bunlardan əlavə Göyçay qəzasına daxil olan Hacıhətəmli, Kürdmaşı, Mican,Talıstan və s. kəndlərdə də dəhşətli qırğınlar baş vermiş, çoxlu sayda azərbaycanlı qətlə yetrilib.

Əgər qəhrəman türk ordu hissəsi köməyə gəlməsəydi soyqırımın miqyası daha geniş olacaqdır. Nuru paşanın başçılığı ilə azərbaycanlıların köməyinə gələn türk ordusu soyqırımın qarşısını ala bildi.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

İsmayıllı rayonun ümumtəhsil məktəblərinin online dərs keçən müəllimləri dərsin bir hissəsini 31 mart – Azərbaycanlıların soyqırımı gününə həsr ediblər. Tariximizin qanlı səhifəsi barədə məlumatları gələcəyimiz olan şagirdlərə çatdırıblar.

Nahid Bağırov-İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı
Xəbəri paylaş