ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda bütün ekspres xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilir

31-03-2020, 19:30



Newscenter.az.31.03.2020. "Əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin olunması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakı Metropolitenində qatarların hərəkəti dayandırıldığından sərnişin daşımaları müntəzəm və ekspres xətt avtobusları ilə həyata keçiriləcək.

Newscenter.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bütün ekspres xətlər üzrə avtobusların iş qrafiki sabahdan saat 07:00-dan 20:00-a qədər olmaqla dəyişdirilir. Gündəlik müntəzəm marşrut xətlərinin iş qrafiki isə dəyişməz olaraq qalır.

Həm müntəzəm, həm də ekspres marşrut xətləri üzrə avtobuslararası interval sərnişin axınına uyğun tənzimlənəcək. Eyni zamanda mümkün sərnişin sıxlığının qarşısını almaq məqsədi ilə eskpres xətlər üzrə ehtiyat avtobusların buraxılması nəzərədə tutulub.

Mövcud epidemik vəziyyətdə sərnişindaşımaların tənzimlənməsində başlıca məqsəd həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə (xüsusi xidmət sahələri, ərzaq mağazaları və s.) xüsusi xəstəxana və karantin məntəqələrində çalışan vətəndaşların daşınmasını təmin etməkdir. "Bir daha vətəndaşları zərurət olmadığı halda evdə çıxmamağa, xüsusi karantin rejimi qaydalarına əməl etməyə çağırırıq".


Anar

Oxşar xəbərlər
SON XƏBƏRLƏR