Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyada koronavirusa yoluxanların sayı 800 mini keçdi



Newscenter.az.31.03.2020. Dünyada dörd aydan da az vaxtda koronavirusa yoluxanların sayı 800 023 nəfərə çatıb.

“Report” xarici KİV-ə istindən xəbər verir ki, pandemiya qurbanlarının sayı 38 748, sağalanların sayı isə 169 993 nəfərdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 200 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbəri paylaş