Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xırdalanda daha bir küçənin təmiri yekunlaşır



Newscenter.az.31.03.2020. Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində dövlət başçısının tapşırıq və sərəncamları əsasında, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi avtomobil yolları, küçə və prospektlərin təmiri və yenidən qurulması istiqamətində işlərini davam etdirir. Newscenter.az-a Agentlikdən bildirilib ki, Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq təmir-tikinti işləri uğurla icra olunur.

Aparılan kompleks tədbirlər çərçivəsində, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı təmir olunan Qalubiyyə küçəsinin uzunluğu 1.1 km, ortalama eni 10 m-dir. Təmiri yekunlaşmaq üzrə olan Nizami Gəncəvi küçəsinin uzunluğu 1.6 km, ortalama eni isə 12 m təşkil edir. Bu küçələr üzrə ümumi asfaltlanan ərazinin sahəsi 12.5 min kv.m təşkil edir.

Hazırda Xırdalan şəhərinin əsas nəqliyyat arteriyası hesab olunan Heydər Əliyev prospektində isə yenidənqurma işlər davam etdirilir. Prospektin uzunluğu 5100 metrdir ki, bunun da 2700 metri 4 hərəkət zolaqlıdır.

Əsaslı təmir işləri çərçivəsində prospekt boyu köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq kənarlaşdırılıb, zərui olan yerlərdə yol əsasının yararsızq qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib. Bundan başqa mümkün ərazilərdə yolun hər iki tərəfi 2 m olmaqla genişləndirilib.

Bu işlərin ardınca “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, asfaltlanması işlərinə başlanılıb. Artıq prospektin 2.5 km-lik hissəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşdırılıb.

Mövcud piyada səkilərinin yenidən qurulması, zəruri olan yerlərdə yeni piyada səkilərinin tikintisi, kənarlarına isə yeni səki daşlarının düzülməsi işləri də layihə üzrə həyata keçirilən işlərdəndir.

Layihənin sonuncu mərhələsində kanalizasiya quyularının baxış qapaqları layihə hündürlüyünəı qaldırılaraq yenilənəcək, yol kənarlarına yeni yağış barmaqlıqları yerləşdiriləcək, hərəkətin normal təşkil üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək.

Anar



Xəbəri paylaş