Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlətin Birinci xanımı təhlükənin bir addımlıqda olmasını xəbərdar edir

Dövlətin Birinci xanımı təhlükənin bir addımlıqda olmasını xəbərdar edir


Newscenter.az.1.04.2020. Bu gün bəşəriyyətin bəlasına çevrilmiş koronavirusla mübarizə hər bir ölkənin əsas qayğısına çevrilibdir. Azərbaycan dövləti də bu bəlanın ağır sarsıntılarına məruz qalıb. Dövlətin güclü iradəsi sayəsində ölkəmiz bu bəladan qurtarmağa çalışır. Ancaq bu mübarizədə hamımız bir-birimizə kömək etməliyik, hər kəs maksimum məsuliyyətlə, əziyyətlə bu bəlanı sovuşdurmağa çalışmalıyıq.

Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanıın xalqımıza çağırışında Bir ANAnın, VƏTƏN ÖVLADININ dərin narahatlığını duymaq mümkündür. Mehriban xanım hamımızı vəziyyətin ciddi olduğunu anlamağa, dövlətin günlərdir xəbərdarlığını başa düşməyə , “Qara qu quşununun” yaydığı faiciəni dərk etməyə çağırır, maksimal dərəcədə həmrəylik və birlik nümayiş etdirməyi tələb edir.

Bəli, bu, artıq tələbdir. Dövlətin Birinci xanımı təhlükənin bir addımlıqda olmasını xəbərdar edir. Vətən övladlarının sağlamlığının qayğısına qalan Bir ANA kimi öyüd-nəsihət verir, məsələhətlərə qulaq asmağa çağırır.

Mehriban xanım Azərbaycan adlı Vətənimizin hər bir övladını özünün doğması bilir, hamımızın həyatı üçün Uca Tanrıya dua edir.
İndi hər birimiz Birinci Vitse-Prezidentin olduqca səmimi, təsirli və duyğulu olan müraciətinə həssas olmalı, Onun bu Ana nəsihətinə qulaq asmalı, müqəddəs dualarına qoşulmalıyıq. Özümüz üçün! Vətənimiz naminə!
Tanrı dualarınızı qəbul etsin Mehriban xanım.

Vaqif Abdullayev-Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü
Xəbəri paylaş