Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Azərbaycanlıları İttifaqında koronavirusla bağlı operativ qərargah yaradıldı



Newscenter.az.1.04.2020
. Rusiya Azərbaycanlıları İttifaqı (RAİ) və Dünya Azərbaycanlılarının Mədəniyyət Fondunun prezidenti Fizuli Məmmədovun təşəbbüsü ilə koronavirus səbəbindən çətin vəziyyətə düşən vətəndaşlara yardım göstərmək məqsədilə operativ qərargah yaradılıb.

Newscenter.az RAİ-yə istinadən xəbər verir ki, operativ qərargahın tərkibinə şura üzvləri və ittifaqın bölgələrdəki nümayəndələri daxildir

Operativ qərargahın əsas vəzifəsi Rusiyadakı epidemioloji vəziyyətlə əlaqədar vətəndaşların sorğusuna dərhal cavab vermək, eləcə də pandemiya ilə əlaqəli problemlərin həlli məqsədilə vaxtında tədbirlər görməkdir.

Operativ Qərargah eyni zamanda, Rusiya, Avropa və Asiyadakı nümayəndələri ilə də əlaqə yaradır.

Qeyd edək ki, Fizuli Məmmədov mövcud vəziyyətlə bağlı müntəzəm olaraqq qərargahın məlumatlandırılması barədə diasporların regional rəhbərlərinə müraciət edib və bu məqsədlə operativ qərargahda qaynar xətt də yaradılıb

Qaynar xətt: +7 963 758 77 77

Mehman
Xəbəri paylaş